XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə görüşüb

Bu barədə Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyak xəbər verib

Hikmət Hacıyev Bakıda Polşa rəsmisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın Nazirlər Şurasının üzvü, Xüsusi Xidmət orqanlarının koordinatoru Tomaş Simonyakla görüşüb.

    Bu barədə Tomaş Simonyak “X” hesabında paylaşım edib.

    Polşa rəsmisi Hikmət Hacıyevlə ikitərəfli münasibətləri - xüsusən də təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edib.

    Tərəflər İrandakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair fikir mübadiləsi aparıblar.