XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan XİN başçısı ATƏT-in Baş katibi ilə görüşüb

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib YENİLƏNİR

Azərbaycan XİN başçısı ATƏT-in Baş katibi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:53

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında geniştərkibli görüş başlayıb.



    ***

    17:13

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

    Məlumata görə, Azərbaycan XİN başçısı ilə ATƏT-in Baş katibi arasında ikitərəfli görüş başlayıb.

    Görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə müzakirələr aparıblar.

    ATƏT məkanında dəyişən vəziyyətə toxunulub və dialoq ilə sabitliyin vacibliyi vurğulanıb.