XƏBƏRLƏR / Diplomatiya

"Ermənistanın real addımlarında ciddi çatışmazlıq görürük"

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə deyib YENİLƏNİB

"Ermənistanın real addımlarında ciddi çatışmazlıq görürük"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov:

    - Ermənistanla postmünaqişə mərhələsində təmaslar davam edir. Burada bir neçə istiqamət var. Xarici işlər nazirləri daha çox sülh müqaviləsi layihəsi üzrə danışıqlar aparırlar, mütəmadi şəkildə görüşlər keçirilir. Ötən il bir neçə belə görüş olub. Görüşlərarası təmaslar davam edir. Hazırda növbəti görüşün yeri və vaxtı barədə konkret razılaşma yoxdur. Güman edirik ki, 2025-ci ildə də bu proses davam edəcək.

    - “Saziş layihəsinin preambul hissəsi və 17 maddədən 15-i razılaşdırılıb. İki maddə hələ ki, tam razılaşdırılmayıb. Danışıqlar davam edir. Azərbaycan ictimaiyyəti də bilir ki, sülh sazişinin mətnindən başqa burada digər ciddi və açıq məsələ var. Bu da Ermənistanın konstitusiyasında və bir sıra normativ-hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də mövcudluğudur. Bu istiqamətdə Ermənistandan ciddi və əməli addımlar gözləyirik. Bəyanatları və mesajların hamısını eşidirik və real addımlarda ciddi çatışmazlıq görürük", - deyə C.Bayramov qeyd edib.

    - ABŞ-la Azərbaycanın arasındakı münasibətləri şərh etmək istəməzdim. Lakin ABŞ Ermənistana dəstək verib. Özünü vasitəçi kimi göstərən tərəf üçün bu cür hərəkətlər yolverilməzdir. Qərəz yolverilməzdir və biz bunu ABŞ-da Demokratik administrasiyanın fəaliyyətində gördük.

    - İndi isə respublikaçılar ABŞ-da 4 il hakimiyyətdə olanda biz fərqli yanaşmanın şahidi olacağıq.

    - Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu fəaliyyətini bərpa edəcək.