Kabildəkı səfirliyimiz gələn ildən fəaliyyətə başlayacaq
Məlumatı Xarici Işlər Nazirliyi yayıb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Əfqanıstandakı səfirliyi gələn ildən fəaliyyətə başlayacaq və o, Kabildə yerləşəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin 28 iyul 2021-ci il tarixli sərəncamı ilə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.