XƏBƏRLƏR / Diplomatiya

Mirzoyan Moskvada Bayramovla görüşməyəcək YENİLƏNİB

Rusiya paytaxtında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Mirzoyan Moskvada Bayramovla görüşməyəcək YENİLƏNİB
Ararat Mirzoyan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:35

    Rusiyaya səfəri çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş nəzərdə tutulmayıb, - Ermənistan XİN

    ***

    09:49

    Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 7-də Moskvaya işgüzar səfər edib.

    Ermənistan KİV-i xəbər verir ki, Mirzoyan MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

    Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının (MDB Xarici İşlər Nazirləri Şurasının) iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, eləcə də yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulub.