XƏBƏRLƏR / Diplomatiya

Hakan Fidan Marko Rubio ilə görüşüb

Bu barədə "TRT Haber" məlumat yayıb

Hakan Fidan Marko Rubio ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin xarici işlər naziri Hakan Fidan G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün səfərdə olduğu ABŞ-də təmaslarını davam etdirir.

    Türkiyəli nazir toplantı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

    Görüşdə Türkiyə-ABŞ münasibətləri və ikitərəfli gündəliyin müxtəlif məsələləri ilə yanaşı, ABŞ ilə İran arasında aparılan danışıqlar prosesi, Qəzza zolağındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsi və digər regional məsələlər müzakirə olunub.