XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan İranın İsrailə hücumu ilə bağlı mövqe bildirdi

XİN İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır

Azərbaycan İranın İsrailə hücumu ilə bağlı mövqe bildirdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan İranın İsrailə hücumu ilə bağlı "X" sosial şəbəkəsində mövqe bildirdi.

    Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial media səhifəsində verdiyi bəyanatda deyilir ki, Azərbaycan İran və İsrail arasında artan gərginlikdən “dərin narahatdır”.

    "Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da destabilləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - XİN-dən bildiriblər.