Erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə olmayıb
Bunu Qarabağdan könüllü köçən ermənilər barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bildirib
Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, əgər Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair bir sübutu varsa, təqdim etsin.
Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.
Ermənistan tərəfinin Qərb danışıqlar platformalarının legitimliyi ilə bağlı bəyanatlarını şərh edən Zaxarova yenə də Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasını xatırladıb.
Çıxışın ikinci hissəsində Zaxarova 2024-cü il yanvarın 1-də İrəvanda baş vermiş nasist yürüşünü pisləyib.