İsveç və Slovakiya NATO-nun Bakıdakı əlaqə səfirliyi olacaq
Prezidentin köməkçisi Hikmət Hacıyev İsveç və Slovakiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
İsveç və Slovakiya 2025-2026-cı illərdə NATO-nun Azərbaycandakı əlaqə səfirliyi olacaq.
"Azərbaycanın NATO ilə tərəfdaşlığının gələcək inkişafı və daha geniş regional gündəliyə dair faydalı müzakirəyə görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hacıyevə dərin təşəkkürümü bildirirəm. 2025-2026-cı illərdə Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqə səfirlikləri kimi fəaliyyət göstərəcək". Bu barədə İsveçin Azərbaycandakı səfirliyinin İsveç və Slovakiya səfirləri arasında Azərbaycan Prezidentinin köməkçisi Hacıyevlə görüşdən sonra verilən məlumatda deyilir.
1 dəqiqədən az