XƏBƏRLƏR / Diplomatiya

Gürcüstanın ABŞ-dakı səfirinin istefası təsdiqləndi

Bu barədə İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib

Gürcüstanın ABŞ-dakı səfirinin istefası təsdiqləndi
David Zalkaliani
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ-dakı səfiri, sabiq xarici işlər naziri David Zalkalianinin istefa verməsini təsdiqləyib.

    Bu barədə İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

    O, səfirin istefasından təəssüfləndiyini, lakin seçiminə hörmətlə yanaşdığını qeyd edib.

    İrakli Kobaxidze xarici işlər nazirinin müavini Teymuraz Cancalianın isə vəzifəsini tərk etmədiyini, bunun yeni XİN başçısı olan Maka Boçorişvilinin qəbul etdiyi kadr qərarı olduğunu qeyd edib.

    Baş nazir qeyd edib ki, nazir müavininə sistemdə qalmaq təklifi edilib, lakin onun hansı qərar verəcəyi məlum deyil.

    Qeyd edək ki, yerli KİV ötən gün nazir müavini Teymuraz Cancalianın və David Zalkalianinin hakim partiyanın Aİ-yə prosesini dayandırmaq qərarına görə istefa verməsi barədə məlumat paylaşıb. Gürcüstan XİN-in 130-dək əməkdaşı sözügedən qərarı qınayan bəyanatı imzalayıb.