Azərbaycan Tayvanın müstəqilliyini tanımır
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tayvanda seçkilərdə qalib gələn şəxsin vəzifəyə başlaması ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.
“Xarici İşlər Nazirliyinin bu il yanvarın 13-də verdiyi bəyanatda qeyd olunduğu kimi, Azərbaycan Respublikası “vahid Çin” siyasətini dəstəkləyir və Tayvanın müstəqilliyini tanımır”, - deyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.