XƏBƏRLƏR / Diplomatiya

Azərbaycan və Ermənistan diplomatları Cenevrədə görüşüb

Elnur Məmmədov və Robert Abisoğomonyanın görüşü haqda məlumatı xarici işlər nazirliyi verib

Azərbaycan və Ermənistan diplomatları Cenevrədə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

    Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

    Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.