XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

XİN xəbər verir

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xarici işlər naziri Ceyhun Bayramov UNESCAP-ın 82-ci sessiyası çərçivəsində BMT Baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın İcraçı katibi Armida Salsiah Alisjahbana ilə görüşüb.

    Bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.

    Qeyd olunub ki, görüşdə Azərbaycan ilə UNESCAP arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

    Azərbaycanın regional və beynəlxalq platformalarda artan rolu vurğulanıb.

    Enerji, nəqliyyat, rəqəmsallaşma, ticarətin asanlaşdırılması, yaşıl inkişaf və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün imkanlar nəzərdən keçirilib.