XƏBƏRLƏR / Diplomatiya

Bayramov Türkiyə və Gürcüstan parlamentarilərini qəbul edib

Bu barədə xarici işlər nazirliyi məlumat yayıb

Bayramov Türkiyə və Gürcüstan parlamentarilərini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Milli Məclisinin Xarici İşlər Komitəsinin sədri Fuat Oktay və Gürcüstan Parlamentinin Xarici İşlər Komitəsinin sədri Nikoloz Samxaradzenin rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edib.

    Görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqliyinin və Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də regiondakı ümumi təhlükəsizlik vəziyyəti müzakirə edilib. Parlamentlərarası əməkdaşlığın, xüsusən də xarici işlər komitələri arasında müntəzəm əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

    Münaqişədən sonrakı dövrdə regionda davamlı sülhün və sabitliyin təmin edilməsi, münasibətlərin normallaşması prosesi və bu baxımdan parlament diplomatiyasının rolu barədə fikir mübadiləsi aparılıb.