Fransa Azərbaycandakı səfirini geri çağırdı
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb
Fransanın Azərbaycandakı səfiri Ann Buayon məsləhətləşmələr üçün geri çağırılıb. Fransanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, Bakının hərəkətlərinin ikitərəfli münasibətlərə zərər vurduğuna inandığı üçün Fransa rəhbərliyi ölkənin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.
Bildirilib ki, səfiri Fransa Prezidenti Emmanuel Makron qəbul edib.