![Belqradda Səfirlər Konfransı başlayıb](/uploads/images/2024/12/rs/image_750x_676932be64a81-750-1080-resize.webp)
Serbiya Respublikasının Səfirlər Konfransı Belqradda başlayıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Konfransda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Nazir Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji və humanitar aspektlərinə, həmçinin ikili standartlar, ümumi regional problemlərə toxunub.
Hər iki ölkənin xarici siyasətinə rəhbərlik edən suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsinin əhəmiyyəti vurğulanıb.
C.Bayramov, həmçinin Azərbaycanın Avropanın enerji şaxələndirilməsindəki mühüm rolu, eləcə də Xəzər və Qara dəniz hövzələri vasitəsilə Avropa və Mərkəzi Asiyanı birləşdirəcək gələcək "yaşıl enerji" planları haqqında ətraflı danışıb.