Türkiyə XİN başçısı Suriyada səfərdədir BİRBAŞA / YENİLƏNİB

Suriya hökumətinin qeyri-rəsmi lideri ilə görüş Dəməşq şəhərində olub

  • Oxuma müddəti:

    3 dəqiqə

  • 23:40

    Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya hakimiyyətinin yeni lideri  Əhməd əl-Şara birgə mətbuat konfransından sonra çay süfrəsi arxasında bir araya gəliblər.

    Onlar Dəməşqin Kasyun dağına şəhəri birgə seyr ediblər.

    Qeyd edək ki, Kasyum dağı şəhərin mərkəzi hissəsində yerləşir və olduqca strateji yerlərdən biri hesab edilir.

    ***

    19:58

    Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın yeni hakimiyyətinin lideri Əhməd Şara arasında baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Trəflər bəyanatla çıxış ediblər və sualları cavablandırıblar.

    "Sizə türk xalqının salamını gətirmişəm. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ən xoş arzularını sizə çatdırdım. 14 il sənin sevinciniz sevincimiz, kədəriniz kədərimiz iidi. Qardaşlıq və qonşuluq bunu tələb edirdi. Bu gün Türkiyə olaraq tarixin doğru tərəfində olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik", - o qeyd edib.

    Fidan bildirib ki, Suriyanın ən ağır, ən qaranlıq dövrü geridə qalıb.

    "Suriyalıların rəhbərliyi altında heç bir dini və ya etnik qrupun istisna edilmədiyi əhatəli bir idarə qurulmalıdır. Hər kəsin sülh içində yaşadığı və ədalətin hökm sürdüyü bir ölkənin qurulması yeni Suriyanın ən böyük uğuru və gələcəyinin təminatı olacaq. Bu məqsədləri həyata keçirmək üçün Suriyada dövlət bütün funksiyaları ilə birlikdə dirçəldilməlidir. Türkiyə olaraq dövlət qurumlarının yenidən qurulması və potensialın artırılması sahəsində təcrübələrimizi bölüşməyə hazırıq. Eyni şəkildə TİKA, Qızıl Aypara və AFAD kimi qurumlarımız və özəl şirkətlərimizlə konkret işlərə dəstək vermək istəyirik. Bu məsələ ilə bağlı möhtərəm Prezidentimiz bütün dövlət qurumlarına tapşırıqlar verib", - XİN başçısı vurğulayıb.

    Əhməd Şara vurğulayıb ki, Fidanla hərtərəfli görüş keçirilib və Suriyanın gələcəyi müzakirə edilib:

    “Hazırda Suriya vətəndaşlarının ən azı yarısı xaricdə yaşayır, ölkənin infrastrukturu dağıdılıb və yeni hökumət ciddi problemlərlə üzləşib”.

    “Suriya vətəndaşlarının yarısı hazırda ölkədən kənarda yaşayır və daxildəki iqtisadi infrastruktur dağıdılıb, ona görə də indi həll etməli olduğumuz ciddi problemlər var”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Bəşər Əsədin dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaların ləğvi zəruridir.

    O əlavə edib ki, Suriya hakimiyyəti Türkiyə ilə bir sıra sahələrdə strateji əlaqələr qurmağa hazırdır: “Biz Suriya ilə Türkiyə arasında iqtisadi, siyasi və sosial sahədə qarşılıqlı əlaqələri müzakirə etdik. Türkiyə Suriyanın dostudur, inqilabın ilk günlərindən bizə kömək etdi: biz bunu unutmayacağıq və gələcəkdə Ankara ilə strateji əlaqələr qurmağı planlaşdırırıq”.

    ***

    19:02

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

    Hakan Fidan paytaxt Dəməşq şəhərində yeni Suriya hökumətinin qeyri-rəsmi lideri Əhməd Şara ilə görüşüb.

    Tərəflər mətbuat konfransı keçirəcəklər.