Elçin Əmirbəyov Litvanın səfiri ilə görüşüb
Bu barədə Kstutis Vaşkeleviçius sosial media hesabında yazıb
Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəsi Elçin Əmirbəyov regional inkişafları və tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə etmək üçün Litvanın Azərbaycandakı səfiri Kstutis Vaşkeleviçius ilə görüşüb.
Litvalı diplomat sosial media hesabında yazıb: "Mən Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşüm oldu. Regional inkişaflar və Litva ilə Azərbaycan arasında tərəfdaşlığı daha da gücləndirməyin yolları barədə səmimi və mənalı fikir mübadiləsi apardıq.
Diplomat həmçinin görüşü "yay tətilindən sonra yeni mövsüm üçün yaxşı başlanğıc" adlandırıb.
1 dəqiqədən az