XƏBƏRLƏR / Diplomatiya

Hikmət Hacıyev Litvanın səfiri Vaşkeleviçiusla görüşüb

Prezidentin köməkçisi litvalı diplomatla regiondakı geosiyasi vəziyyət ətrafında fikir mübadiləsi aparıb

Hikmət Hacıyev Litvanın səfiri Vaşkeleviçiusla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Litvanın Azərbaycandakı və Türkmənistandakı səfiri Kestutis Vaşkeleviçius Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

    Bu barədə diplomatik missiyanın rəhbəri sosial şəbəkədə yazıb.

    Diplomat qeyd edib ki, görüş zamanı ikitərəfli gündəliyin genişləndirilməsi, tərəflərin strateji prioritetləri və regiondakı geosiyasi vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.