XƏBƏRLƏR / Diplomatiya

XİN İndoneziyaya başsağlığı verib

İndoneziyada güclü zəlzələ baş verib

XİN İndoneziyaya başsağlığı verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən və insan tələfatı və xəsarətlərlə nəticələnən güclü zəlzələ ilə bağlı başsağlığı verib.

     XİN-in bununla bağlı paylaşımında İndoneziyada həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, xəsarət alanlara isə tezliklə sağalmaları arzulanıb.

    “Bu çətin zamanda düşüncələrimiz İndoneziya xalqı və hökuməti ilədir”, - deyə XİN bildirib.