XƏBƏRLƏR / Diplomatiya

İran-ABŞ danışıqları mayın 10-11-də baş tuta bilər

Məlumatı Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkoffa istinadən "Axios" nəşri yayıb

İran-ABŞ danışıqları mayın 10-11-də baş tuta bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların dördüncü raundu mayın 10-11-də baş tuta bilər.

    Bu barədə Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Uitkoffa istinadən "Axios"un jurnalisti Barak Ravid məlumat verib. "Əgər bu baş verməsə, bu, yalnız prezidentin (Trampın - ANS Press) Yaxın Şərqə səfərinə görə olacaq", - Ravid Uitkoffun sözlərindən sitat gətirib.

    Eyni zamanda, jurnalistin sözlərinə görə, Uitkoff bu danışıqları müsbət qiymətləndirərək, tərəflərin müəyyən irəliləyiş əldə etdiyini bildirib.

    İranın nüvə proqramı üzrə ABŞ-İran danışıqlarının dördüncü raundu mayın 3-də Romada keçirilməli idi, lakin logistik və texniki problemlərə görə görüş təxirə salınmışdı.