Rusiya ABŞ və Türkiyəyə narazılığını bildirib
Bu barədə Rusiya XİN sözçüsü Zaxarova bildirib
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukraynaya yeni silah tədarükü Rusiyanın ABŞ və Türkiyə ilə münasibətlərinə ciddi zərər vuracaq.
O qeyd edib ki, Moskva Kiyevə genişmiqyaslı silah tədarükü planları ilə bağlı Vaşinqton və Ankaradan aydınlıq tələb edib. Zaxarovanın sözlərinə görə,
ABŞ və Türkiyənin Ukraynaya eyni vaxtda silah tədarükü ilə yanaşı, sülhməramlı ritorikadan istifadə etmək cəhdləri qarşılıqlı etimadı "qaçılmaz şəkildə pozur".
1 dəqiqədən az