Ceyhun Bayramov Serbiyaya gedib YENİLƏNİB
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib
12:17
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.
Bu barədə Serbiya mediası məlumat yayıb.
Qeyd edək ki, Ceyhun Bayramov Serbiyada işgüzar səfərdədir. Nazirin Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşü də gözlənilir.
***
08:22
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.