ABŞ səfiri Gəncədə müharibə qurbanlarını yad edib
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib
ABŞ səfiri Mark Libbi Gəncəyə səfər edib, Ermənistan-Azərbaycan münaqişəsi qurbanlarının xatirəsini yad edib.
Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Səfir Libbi Gəncəyə səfəri zamanı Azərbaycan və Ermənistan arasında münaqişə qurbanlarının xatirəsini ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib. Birləşmiş Ştatlar bu regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətdən istefa verib. O, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq.