XƏBƏRLƏR / Diplomatiya

Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq edəcək

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bəyanat verib

Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

    Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bəyanat verib.

    "İsrailin Qəzzada quru əməliyyatı onsuz da çıxılmaz olan vəziyyəti daha da pisləşdirəcək. Bu, daha çox ölüm, dağıntı və yerdəyişmə ilə nəticələnəcək.

    Sabah Avropa Komissiyası Qəzzada müharibənin gedişatını dəyişdirmək üçün İsrail hökumətinə təzyiq göstərmək üçün tədbirlər təqdim edəcək.

    Ticarət üstünlüklərinin dayandırılması və ekstremist nazirlərə və aqressiv məskunlaşanlara qarşı sanksiyaların tətbiqi Aİ-nin bu müharibəyə dərhal son qoyulmasını tələb etdiyinə dair açıq siqnal verəcək," - Kallas bildirib