XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Avstriyada ATƏT XİN Şurasında iştirak edəcək

Bu barədə XİN-dən məlumat verilib

Ceyhun Bayramov Avstriyada ATƏT XİN Şurasında iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

    Bu barədə XİN-dən məlumat verilib.

    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.