XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb

Azərbaycan və Türkiyə xarici işlər nazirləri müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərini müzakirə ediblər

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

    Telefon danışığı zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.