XƏBƏRLƏR / Diplomatiya

Ayxan Hacızadə Fransanın İrəvandakı səfirinin cavabını verdi

Xarici işlər nazirliyinin sözçüsü yerli medianın sualını cavablandırdı

Ayxan Hacızadə Fransanın İrəvandakı səfirinin cavabını verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sual: 28 oktyabr 2024-cü il tarixində Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi “Hetq” media qurumuna müsahibəsində Azərbaycan əleyhinə bir sıra iddialar səsləndirib. Bu açıqlamalara münasibətinizi öyrənmək istərdik?

     

    Cavab: Elementar diplomatik etiket qaydalarına əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun nəticəsidir.

     

    Müsahibədə Azərbaycan ərazisində işğala və separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh” fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.

     

    Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut edib.