Ceyhun Bayramov Almaniyada Annalena Berbok ilə görüşüb
Azərbaycan və Almaniya xarici işlər nazirləri COP29-a hazırlıq və regional gündəlikdəki məsələləri müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Annalena Berbok ilə görüşüb.
Nazirlər əməkdaşlığın hazırkı vəziyyətini və gələcəkdə, o cümlədən iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Tərəflər həmçinin COP29-a hazırlıq və regional gündəlikdəki məsələləri müzakirə ediblər.