XƏBƏRLƏR / Diplomatiya

Əlimirzamin Əskərov etimadnaməsini Tokayevə təqdim edib

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti xəbər verir

Əlimirzamin Əskərov etimadnaməsini Tokayevə təqdim edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bir sıra dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

    Qazaxıstan Prezidentinin mətbuat xidməti xəbər verir ki, mərasim Astanadakı Müstəqillik Sarayında keçirilib.

    Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov da etimadnaməsini dövlət başçısına təqdim edib.

    Həmçinin Moldova, Vyetnam, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Slovakiya, Almaniya, Sloveniya və Namibiyanın səfirləri də etimadnamələrini Qazaxıstan Prezidentinə təqdim ediblər.