XƏBƏRLƏR / Diplomatiya

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib

Gürcüstan Azərbaycana yeni səfir təyin edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycandakı yeni səfiri təyin olunub.

    Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

    Giorgi Zakaraşvili 2021-ci ildən Gürcüstanın Ukraynadakı səfiri və GUAM-dakı daimi nümayəndəsi vəzifələrində çalışıb.

    Xatırladaq ki, Gürcüstanın 2018-ci ildən Azərbaycandakı səfiri olmuş Zurab Pataradze bu ilin aprelin 28-dən Acarıstan Muxtar Respublikasının hökumət başçısı vəzifəsini tutur.