XƏBƏRLƏR / Diplomatiya

Niderland Azərbaycana yeni səfir müavini təyin edib

Bu barədə Niderlandın diplomatik nümayəndəliyinin sosial şəbəkələrdəki paylaşımında qeyd olunub

Niderland Azərbaycana yeni səfir müavini təyin edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Niderland Azərbaycana yeni səfir müavini təyin edib.

    Bu barədə Niderlandın diplomatik nümayəndəliyinin sosial şəbəkələrdəki paylaşımında qeyd olunub.

    "Niderland Krallığının Bakıdakı səfirliyi yeni səfir müavini Yohannes Kirpesteyni salamlayır. Y.Kirpesteyn qarşıdakı illərdə Azərbaycan və Niderland arasında tərəfdaşlığın gücləndirilməsini hədəfləyir", - səfirlik bildirib.