XƏBƏRLƏR / Diplomatiya

Paşinyan sərt şəkildə Moskvaya dəvət edildi

Dəvəti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə səsləndirib

Paşinyan sərt şəkildə Moskvaya dəvət edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanı israrla Moskvaya dəvət edib: “Biz o fikirə əsaslanırıq ki, Ermənistanın baş naziri Nikol Vovayeviç Paşinyan Rusiya Federasiyası Prezidentinin dəvətindən istifadə edərək dekabrın 25-26-da Sankt-Peterburqa gələcək və burada o, Ali Avrasiya İqtisadi Şurası və MDB-yə üzv dövlətlərin dövlət başçılarının ənənəvi Yeni il qabağı görüşündə iştirak edəcək. Orada faktiki olaraq bütün maraq doğuran məsələləri qaldırmaq mümkündür”, - diplomat qeyd edib.

    “Moskva Ermənistanla münasibətlərin müttəfiq xarakterini rəhbər tutaraq, yaranan bütün problemləri sakit, peşəkar və tərəfdaşlıq şəraitində həll etməyə həmişə hazırdır”.