Aİ ölkələri səfirləri Şəhidlər Xiyabanını ziyarət ediblər
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkələrdəki səhifəsində məlumat verilib
20 Yanvar faciəsinin 35-ci ildönümü ərəfəsində Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycandakı səfirləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkələrdəki səhifəsində məlumat verilib.
“Bu matəm günündə Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Miçalko təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı il yanvar hadisələri qurbanlarının xatirəsini ehtiramla yad edib, Bakıdakı Şəhidlər Xiyabanında onların məzarları üzərinə gül dəstələri qoyub”, - deyə paylaşımda yazılır.
“35 il əvvəl bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq qalır”, - deyə Mihalko bildirib.