Ceyhun Bayramov media və beyin mərkəzləri ilə görüşüb
Xarici işlər naziri Brüsseldə Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət barədə danışıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın paytaxtı Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.
Bu barədə nazir “X” hesabında paylaşım edib.
Müzakirə olunan mövzular arasında Azərbaycanın xarici siyasət prioritetləri, münaqişədən sonrakı regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı məsələlər, regional əməkdaşlıq və s. yer alıb.
Görüşdə Azərbaycan Respublikasının Belçikadakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadiqov da iştirak edib.