XƏBƏRLƏR / Diplomatiya

Qüdsi Osmanov Moldovadan geri çağrılıb Rumıniyaya göndərildi

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qüdsi Osmanov Moldovadan geri çağrılıb Rumıniyaya göndərildi
Qüdsi Osmanov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Ölkə başçısının digər sərəncamı ilə Qüdsi Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

    Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    Bu barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.

    Qeyd edək ki, Ülvi Baxşəliyev bu təyinatadək Azərbaycan Respublikasının Belarusdakı səfiri postunu tuturdu.