Rusiya XİN Azərbaycan mediasından inciyib
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirliyinə çağırılıb

Rusiya XİN rəsmi məlumatı: Rusiya Federasiyası xarici işlər nazirinin müavini M.Qaluzinin Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri R.S.Mustafayev ilə görüşü haqqında.
Yanvarın 27-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini M.O.Qaluzin Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri R.S.Mustafayevi Rusiya XİN-ə dəvət etmişdir.
Rusiya tərəfi Rusiya ilə Azərbaycan arasında münasibətlərin 2022-ci il fevralın 22-də ən yüksək səviyyədə imzalanmış Bəyannamə əsasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda qurulmasının hər iki dövlətin milli maraqlarına uyğun qurulmasının mütləq əhəmiyyətini vurğuladı.
Bununla bağlı Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda Rus Evinə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. İttihamların tamamilə əsassız olduğu qeyd edilib.
2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb.