Sergey Lavrov Hakan Fidanla telefonla danışıb
Söhbət zamanı enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib
Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub və söhbət zamanı regionda müharibənin tez bir zamanda sona çatdırılması və tərəflərin danışıqlar masasına qayıtmasının vacibliyi müzakirə edilib.
Həmçinin, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Fidan Ankaranın növbəti danışıqlar raunduna ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.
Söhbət zamanı enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib.
1 dəqiqədən az