Nyu-Yorkda Bayramov və Mirzoyanın görüşü planlaşdırılır
Görüş Blinkenin iştirakı ilə baş tutacaq
Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün keçirilməsi planlaşdırılır
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
XİN rəsmisi qeyd edib ki, 26 sentyabr tarixində Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.