XƏBƏRLƏR / Diplomatiya

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşüblər

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib

Bayramov və Mirzoyan Nyu-Yorkda görüşüblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

    Bildirilib ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

    Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər.