İsrail dünyanın müxtəlif ölkələrində səfirliyini bağlayır
Ölkənin Azərbaycandakı səfirliyindən məlumat verilmir
İsrail Xarici İşlər Nazirliyi xəbər verir ki, aprelin 5-i səhər saatlarına kimi dünyanın müxtəlif ölkələrində İsrailin 28 diplomatik nümayəndəliyi bağlanıb.
Qeyd olunur ki, bu, İranın Dəməşqdəki konsulluğa hücum nəticəsində SEPAH generallarının qisasını almaqla hədələməsi ilə bağlıdır.
Səfirliklərin bağlanması barədə qərarı Xarici İşlər Nazirliyinin təhlükəsizlik xidməti Baş Təhlükəsizlik Xidməti (Şin Bet) ilə məsləhətləşərək qəbul edib. Missiya işçilərindən hələlik işə getməmələri, ayıq-sayıq qalmaları və İsraillə əlaqəli ola biləcək yerləri ziyarət etməkdən müvəqqəti çəkinmələri istənilib.