Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Bu barədə Rusiya KİV-i məlumat yayıb FOTO/VIDEO

21:05
Rusiya xarici işlər nazirinin müavini Qaluzin ilə Ermənistanın Moskvadakı diplomatik nümayəndəsi Arsenyanın görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı:
“İyulun 7-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini M.Y.Qaluzin Ermənistan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri G.B.Arsenyanla görüş keçirib.
İkitərəfli və regional gündəliyə dair bir sıra məsələlər müzakirə edilib. Onlar qarşıdakı Rusiya-Ermənistan təmaslarının qrafikində saatlarını yoxlayıblar.
Söhbət zamanı diplomatik nümayəndəliyin rəhbərinə Ermənistanda Rusiya və ikitərəfli münasibətlər ətrafında konstruktiv informasiya fonunun saxlanmasının zəruriliyi ilə bağlı mövqe bildirilib. Bu kontekstdə Rusiya və Ermənistanın müvafiq idarələri arasında məsləhətləşmələrin növbəti raundunun keçirilməsi ilə bağlı Rusiyanın təklifi təsdiqlənib”.
***
16:56
Ermənistanın səfiri Qurgen Arsenyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya KİV məlumat yayıb. VIDEO
Ermənistan səfirinin Rusiya XİN-in binasına gəlməsinin görüntüləri yayılıb.