XƏBƏRLƏR / Diplomatiya

"Bütün məsələlər diplomatiya yolu ilə həll edilməlidir"

Bunu Rusiya-Azərbaycan gərginliyi haqda XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib

"Bütün məsələlər diplomatiya yolu ilə həll edilməlidir"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanla bütün məsələlər diplomatiya yolu ilə həll edilməlidir — Mariya Zaxarova

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 9-da keçirilən brifinqdə rusiyalı jurnalistlərin Azərbaycanda saxlanılması ilə bağlı insident fonunda Rusiya-Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib:

    “Biz əminik ki, bütün ortaya çıxan məsələlər mövcud siyasi və diplomatik kanallardan istifadə etməklə tərəfdaşlıq şəraitində həll edilməlidir.

    Moskva Bakı ilə, o cümlədən hüquq-mühafizə orqanları vasitəsilə əlaqələri davam etdirir.

    Bu yanaşma Rusiya və Azərbaycan xalqlarının fundamental maraqlarına cavab verir və iki ölkə arasında davamlı və qarşılıqlı hörmətə əsaslanan dialoqun saxlanmasına töhfə verir”.