Rusiya Xankəndidə Baş konsulluq açmaq istəyir
Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib
Rusiya Xankəndidə yaxın vaxtlarda Baş konsulluğunun açılışı üçün hazırlıqlara başlayacaq və bu işdə Azərbaycanın dəstəyinə ümid edir.
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.
"Mən ikitərəfli məsələlərdən yaxın gələcəkdə Xankəndidə Baş konsulluğun açılmasını qeyd edərdim və bu işdə dəstəyinizə ümid edirəm”, - senator görüş zamanı azərbaycanlı həmkarlarına müraciət edərək bildirib.
Onun sözlərinə görə, Baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.
“Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək”, - Karasin əlavə edib.