Lavrov və Rubio Manilada danışıqlar aparıblar YENİLƏNİB
Bunu Rusiyanın xarici işlər naziri deyib
09:20
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada danışıqlar aparıblar. Görüş 35 dəqiqə davam edib.
ABŞ dövlət katibinin cədvəlinə əsasən, o, rusiyalı nazirlə görüş üçün təxminən yarım saat vaxt ayırıb.
Hələlik əlavə məlumat verilməyib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşün ABŞ tərəfinin təşəbbüsü ilə keçirildiyini və Rusiya tərəfinin təklifi qəbul etdiyini bildirmişdi. Bu, Lavrov və Rubionun şəxsən görüşdüyü dördüncü dəfə idi.
Rusiya və ABŞ xarici işlər nazirləri sonuncu dəfə ötən ilin sentyabr ayının sonunda Nyu-Yorkda görüşüblər.
***
2026-07-22 15:35
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio sabah, 23 iyulda görüşmək barədə razılığa gəliblər. Lavrov özü bunu Filippində ASEAN tədbirlərində iştirak etdikdən sonra açıqlayıb.
Diplomat bildirib ki, "Dünən Marko Rubio ilə qısa bir qəbulda görüşdük və bunun sabah səhər baş tutacağını təsdiqlədik".
Lavrov əlavə edib ki, o, "Ankoricin nəticələri ilə bağlı birmənalı olmayan şərhlər verən", o cümlədən Vaşinqtonun Ukrayna nizamlanması ilə bağlı mövqeyini müzakirə etməyi planlaşdırır.
1 dəqiqə