Hikmət Hacıyev Maqdalena Qrono ilə görüşüb
Prezidentin köməkçisi Aİ-nin xüsusi nümayəndəsi ilə əməkdaşlıq haqda danışıblar
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
“Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığı, əməkdaşlıq gündəliyi, eləcə də əsas regional və beynəlxalq prosesləri müzakirə etmək üçün görüşməkdən məmnun oldum.
Enerji təhlükəsizliyi, nəqliyyat və logistika əlaqələrinin inkişafı, eləcə də regional sabitlik daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.
1 dəqiqədən az