Rusiya və Gürcüstan birbaşa dialoqu bərpa edirlər
Bu barədə Rusiya mənbələri xəbər yayıb
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
Moskva artıq Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə əlaqələr üzrə yeni xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə əlaqə yaradıb. Bu barədə “İzvestiya” qəzeti Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya tərəfinin nümayəndəsi ilə danışır.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, danışıqlarda əsas diqqət ticarət, turizm, nəqliyyat əlaqələri və mədəni mübadilələrin genişləndirilməsinə yönələcək. Artıq bir sıra istiqamətlərdə işlərə başlanıldığı da bildirilir: kənd təsərrüfatı idarələrinin nümayəndələri kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü sadələşdirməyə çalışırlar.
Gürcüstan hakimiyyəti oktyabrın sonunda xarici işlər nazirinin birinci müavini Zurabaşvilini xüsusi nümayəndə təyin edib. Bu vəzifə 2024-cü ilin yazından boş qalmışdı.
Rusiya XİN-ndə qeyd edilib ki, Rusiya Federasiyası bu addımı dəstəkləyir və təyinatın ikitərəfli münasibətlərə təkan verəcəyini gözləyir.
1 dəqiqə