İranın müvəqqəti işlər vəkili mətbuat konfransı keçirib
Seyid Cəfər Ağayi: İran diplomatiya yolunu tərk etməyib

İran diplomatiya yolunu tərk etməyib.
Bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi iyunun 23-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İran bir sıra ölkələr və təşkilatlarla danışıqlar aparır. İran İslam Respublikası BMT Nzamnaməsinə uyğun olaraq özünü qoruyur.
“BMT üzvü olan bütün ölkələrdən, İslam ölkələrindən, Qoşulmama Hərəkatının üzvlərindən bu hücumu qınamalarını və əməli addımlar atmalarını gözləyirik”, - deyə Seyid Cəfər Ağayi əlavə edib.
Bu gün İran xalqının həmrəyliyi və birliyi daha da güclənib.
“Hətta xaricdə yaşayan soydaşlarımız da İran xalqının və silahlı qüvvələrimizin yanında dayanıb. İndiyədək İran silahlı qüvvələri genişmiqyaslı raket və PUA hücumlarından çəkinib”, - deyə müvəqqəti işlər vəkili əlavə edib.