XƏBƏRLƏR / Diplomatiya

Fransa Azərbaycandan "diktatura" sözünə görə üzr istədi?

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu barədə suala cavab verib

Fransa Azərbaycandan "diktatura" sözünə görə üzr istədi?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sual: 16 may tarixində Fransanın daxili işlər naziri Jerald Darmanan Azərbaycanı “diktatura” adlandırdıqdan sonra, Fransa tərəfindən bu açıqlamaya görə üzr istənilməsi tələb olunmuşdu. İndiyə qədər bu tələb ilə bağlı Fransa hər hansı bir addım atıbmı?

    Cavab: Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıqlamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib.

    Bu ölkənin “demokratiya” pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya Fransanın xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdirir.

    Bununla yanaşı, dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neo-kolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobia, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı.

    Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq.