Ermənistanla Fələstin diplomatik münasibətlər qurur
“Sputnik-Armenia” xəbər yayıb
Ermənistanla Fələstin dövləti arasında diplomatik münasibətlər qurulub.
“Sputnik-Armenia”nın xəbərinə görə, bununla bağlı kommunike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində imzalanıb.
Sözü gedən sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fələstinli həmkarı Məhəmməd Mustafa imza atıblar.